Türkmənistan İrana təyyarə uçuşlarını dayandırdı

Türkmənistan İrana təyyarə uçuşlarını dayandırdı

“Türkmənistan” Hava Yolları İran İslam Respublikası üzərindən beynəlxalq aviareyslərin müvəqqəti olaraq dayandırdığını elan edib. Bu barədə məlumatı Türkmənistan xəbər agentliyi “ORİENT” yayıb.

Qərar “Türkmənhavayolları” Agentliyinin Təhlükəsizlik Şurasının iclasında qəbul edilib. Qərarın mülki təyyarə uçuşlarının təhlükəsizliyini təmin etmək üçün verildiyi qeyd olunur.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə