Ukrayna prezidenti mövqeyini dəyişdi

Ukrayna prezidenti mövqeyini dəyişdi

Ukrayna təyyarəsinin İranda raketlə vurulması versiyası istisna olunmur. Ukrayna mənbələrinin məlumatına görə, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bəyan edib.

Bununla belə o, bu məlumatın təsdiqlənmədiyini də vurğulayıb.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif isə özünün “Twitter” hesabında Ukraynaya məxsus təyyarəyə “səhvən” raket atıldığını qeyd edib. Məhəmməd Cavad Zərif sərnişin təyyarəsinin “səhvən” vurulmasına görə üzr istəyib: “ABŞ-ın böhran zamanı səbəb olduğu insan xətası fəlakətə yol açdı. Ölənlərin ailələrindən üzr istəyirik”.

Xatırladaq ki, Ukraynaya məxsus təyyarənin yanvarın 8-də Tehran aeroportunun yaxınlığında qəzaya uğraması nəticəsində 167 sərnişin və doqquz heyət üzvü həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə