Meksika məktəbində 12 yaşlı şagirddən ağlasığmaz cinayət

Meksika məktəbində 12 yaşlı şagirddən ağlasığmaz cinayət
Meksikanın Torreon şəhərində yerləşən məktəblərdən birində silahlı insident baş verib.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, 12 yaşlı şagird məktəbə silah gətirərək müəllimini qətlə yetirib, daha sonra intihar edib.

Ümumilikdə silahlı insident zamanı 5-i şagird olmaqla 6 nəfər yaralanıb. Onlara tibbi yardım göstərilib. Yaralılardan 2 nəfərin vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə