İraqın baş naziri vəzifəsini icra edən Adil Abdulmehdi ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə telefon danışığında beynəlxalq koalisiya qoşunlarının ölkədən çıxarılmasına hazırlıq üçün Bağdada nümayəndə heyəti göndərməyi xahiş edib. Adil Abdulmehdi bunu xarici qoşunların İraqdan təhlükəsiz çıxarılması üçün mexanizm hazırlanmasının vacibliyi ilə izah edib. Amerika əsgərlərinin və pilotsuz uçan aparatlarının İraq ərazisinə icazəsiz girdiyi, bunun iki ölkə arasında anlaşmaya zidd olduğunu da qarşı tərəfin diqqətinə çatdırıb. Mayk Pompeo məsələni izləyəcəyini və İraqın suverenliyinə hörmət etdiklərini bildirib
Hazırda İraq ərazisində təxminən 5,2 min amerikalı hərbçi yerləşir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB