Belarusda iki qardaşa qətl törətdiklərinə görə ölüm hökmü verilib. SİA RenTv-yə istinadən xəbər verir ki, bu barədə Belarusiyada insan haqları mərkəzi Viasna məlumat yayıb.
Məlumata görə Belarusiyada müəllimi öldürən iki qardaşa edam cəzası hökmü verilib.
Qeyd olunur ki, 2019-cu ilin aprel ayında Çerikov şəhərində yanğın hadisəsi zamanı çoxsaylı bıçaq yarası alan qadının cəsədi tapılıb. Qətldə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 19 və 21 yaşlarında olan iki qardaş saxlanılıb. Məlum olub ki, onlar müəllimə bıçaqla 100-dən çox zərbə vurublar və sonra evinə od vuraraq yoxa çıxıblar.
Qətlin səbəbləri bildirilmir. Qardaşlar günahlarını etiraf ediblər. Moqilev regional məhkəməsi gənclərə müstəsna hökm çıxarıb və onlara ölüm cəzası hökmü verilib.
Xatırladaq ki, Belarus, Avropada edam cəzasının hələ də cəza kimi istifadə edildiyi yeganə ölkə olaraq qalır. 1990-cı ildən bəri ölkədə 400-ə yaxın ölüm hökmü tətbiq edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB