Rusiya Müdafiə naziri Sergey Şoyqu Rusiya qoşunlarına ABŞ-ın orta və yaxın mənzilli raketlərinin yerləşdirilməsini izləmək barədə göstəriş verib. SİA RenTv-yə istinadən xəbər verir ki, Şoyqu, potensial hərbi təhdidlərin hərtərəfli təhlilinin aparılmasının, həmçinin "silahlı qüvvələrin yaxşılaşdırılması üçün tədbirlərin görülməsinin" zəruri olduğunu vurğulayıb.
"ABŞ-ın orta və yaxın mənzilli raketlərinin yerləşdirilməsini izləmək lazımdır" deyə müdafiə naziri 2020-ci il üçün vəzifə qoyub.
Xatırladırıq ki, Amerika Birləşmiş Ştatları 2019-cu il avqustun əvvəlində Orta Aralıq və Yaxınmənzilli Raketlərin Ləğvi haqqında Müqavilədən çıxıb. Vaşinqton Moskvanı razılaşmanı pozmaqda günahlandırıb. Qeyd edilib ki, Rusiya, Amerikalıların, bu Müqavilənin müddəalarını pozan 9M729 raketlərini məhv etməsi tələbini yerinə yetirməkdən imtina edib. Moskva isə dəfələrlə bəyan edib ki, raketlər razılaşmanın şərtlərinə tam uyğundur. Daha sonra Rusiya da həmin müqaviləni tərk edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB