İran ABŞ-ı araşdırmaya dəvət etdi

İran ABŞ-ı araşdırmaya dəvət etdi

İran, ABŞ Beynəlxalq Nəqliyyat Təhlükəsizliyi Şurasına Ukrayna Beynəlxalq Hava Yollarının qəzasının araşdırılmasında iştirak etmək üçün bildiriş göndərdi. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə ABŞ Beynəlxalq Nəqliyyat Təhlükəsizliyi Şurasınin açıqlamasında deyilir. Eyni dəvət eyni zamanda Kanadaya da göndərilib.

ABŞ agentliyi qeyd edir ki, İran tərəfi istintaqda əsas rol oynayır, bununla əlaqədar ABŞ faciənin səbəbləri barədə spekulyasiya etməkdən imtina edib və bütün mövcud sualları Tehrana yönləndirib.

Kanadanın xarici işlər naziri Fransua-Filip Şampan bildirib ki, İran kanadalı mütəxəssislərə təyyarə qəzasının araşdırılmasında iştirak etmək üçün viza verəcək.

Xatırladaq ki, faciə yanvarın 8-də baş verib. Kiyevə uçan Ukraynalı Boeing 737-800 təyyarəsi, havaya qalxdıqdan bir müddət sonra Tehran Hava limanı yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 176 nəfər olub, hamısı ölüb. Qəzanın əsas versiyalarından biri olaraq təyyarə mühərrikinin nasazlığı deyilir. Ayrıca bir sıra Qərb siyasətçiləri İran raketlərinin səhvən təyyarəni vura biləcəyini söyləyib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə