ABŞ Xarici İşlər Nazirliyi Sinqapura xarici hərbi satışlar çərçivəsində 2 milyard 750 milyon dollar dəyərində 12 F-35B (STOVL) tipli qırıcı təyyarənin və əlaqədar avadanlıqların satışına icazə verilməsinə razılıq verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Müdafiə, Təhlükəsizlik Əməkdaşlıq Təşkilatının açıqlamasında bildirilir. Satışda təyyarənin yanında 1 ehtiyat F-35 mühərriki, təyyarənin elektron döyüş sistemləri, komanda nəzarət kompüterlərinin də olması diqqət çəkib.
Konqres satış əməliyyatına başlamaq üçün 30 gün ərzində verilən qərara etiraz etməməlidir.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB