AB təyyarə qəzası ilə bağlı ətraflı araşdırma aparmağa çağırış edib
Avropa Birliyi (AB) Şurasının prezidenti Çarlz Mişel Tehranda qəzaya uğrayan Ukrayna Hava Yollarına məxsus sərnişin təyyarəsi ilə bağlı açıq və ətraflı araşdırma aparmağa çağırış edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, “twitter” hesabında paylaşım edən Çarlz Mişel həyatını itirənlərin yaxınlarının nələrin baş verdiyini bilmək hüququna sahib olduğunu söyləyib: “Mən Ukrayna prezidenti Vladimir Zelenskinin, İngiltərə baş naziri Boris Consonun və Kanadanın baş naziri Justin Trudeaunun qəzaya uğrayan təyyarədə dəqiq və ətraflı araşdırmalara çağırışlarını dəstəkləyirəm”.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB