Hərbi posta hücum olub 25 əsgər ölüb

Hərbi posta hücum olub 25 əsgər ölüb

Nigerin qərbindəki Çineqodar kəndində hərbi posta hücumda 25 əsgər ölüb, 60-dan çox terrorçu zərərsizləşdirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, naməlum şəxslər motosiklet və avtomobillərdə bazaya gəlib və insanlara atəş açıb. Hərbi Hava Qüvvələri və "tərəfdaşlar"ın dəstəyi ilə cavab atəşki açılıb.

Bundan sonra hərbiçilər ərazini yaraqlılardan "təmizləməyə" başlayıblar. "Reuters" agentliyi hücumun kim tərəfindən həyata keçirildiyini qeyd edilmədiyini yazır.

Bütün xəbərlər Facebook səhifəmizdə