İnterpol tərəfindən axtarışda olan terrorçu Türkiyə-Suriya sərhədində saxlanılıb
İŞİD terror təşkilatına üzv olmaq şübhəsi ilə Beynəlxalq Polis Təşkilatı - İnterpol tərəfindən qırmızı bülletenlə axtarışda olan -Danimarka vətəndaşı Türkiyə-Suriya sərhədində saxlanılıb.
SİA xəbər verir ki, şübhəli Suriyadakı qarşıdurma bölgəsindən qeyri-qanuni yollarla Türkiyə ərazisinə keçmək istəyərkən ölkənin Milli Kəşfiyyat Təşkilatı və Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.
O, lazımi tədbirlərin görülməsi üçün müvafiq orqanlara təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB