Abxaziya prezident administrasiyasının binasına müxalifət tərəfdarlarının hücumu çevriliş cəhdidir. SİA Rusiyaya məxsus mətbuat səhifələrinin yayımladıqları məlumatlara istinadən xəbər verir ki, çevrilişə cəhd olunduğunu Abxaziya administrasiyası rəhbərliyi bəyan edib.
“Biz baş verənləri dövlət çevrilişinə cəhd kimi qiymətləndiririk. Hakimiyyət respublikadakı vəziyyəti konstitusiya şəraitində saxlamaq üçün əlindən gələni edir", deyə bəyanatda bildirilir.
Etirazçıların artıq idarənin birinci mərtəbəsindəki qapıları sındırdığı bildirilir.
Xatırladaq ki, etirazçılar Abxaziya prezident administrasiyasına hücum edib, pəncərəni döyərək binaya girməyə çalışıblar.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB