Cənubi Amerika ölkəsi olan Peruda son illərin ən böyük yağışı qeydə alınıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, şiddətli yağışlar daşqınlara və selə səbəb olub.
Qeyd edək ki, sel sularında 28 nəfər həyatını itirib. Leysan yaşayış məntəqələrini dağıdıb, evlər və müəssisələr suyun altında qalıb. Yaranan torpaq sürüşməsi nəticəsində 52 ev sürüşüb, daha 240 ev sürüşmə nəticəsində yararsız hala gəlib. Peru xalqı sel fəlakətindən canını qurtarmağa çalışır.
Müəllif: Leyla Qəniyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB