ABŞ hərbi əməliyyatı nəticəsində öldürülən İran komandiri Qasım Süleymaninin yerinə Qüds Qüvvələri Komandiri olaraq təyin olunan İsmayıl Qani ABŞ-dan tezliklə daha ağır qisas alınacağını açıqlayıb. SİA-nın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, İranın dini lideri Ayətullah Əli Xamenei tərəfindən ABŞ-ın keçirdiyi əməliyyat nəticəsində öldürülən Qüds Qüvvələri Komandirliyinin İran İnqilab Keşikçiləri Ordusu Qüds Güc Komandiri Qasım Süleymaninin yerinə İsmayıl Qani təyin edilib.
İsmayıl Qani İran Dövlət Televiziyasına açıqlamasında İranın tezliklə ABŞ-dan daha sərt qisas alacağını və Tehranın dərs verməyə davam edəcəyini bildirib.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB