Pakistanın Baş naziri İmran Xan xarici işlər naziri Şah Mahmud Qureşi və Quru Qoşunları Komandiri Kamar Cavid Bajvaya ABŞ və İran arasındakı gərginliyi azaltmaq üçün tapşırıq verib. SİA-nın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə,Twitter hesabından açıqlama verən İmran Xan, Qureyşinin İran, Səudiyyə Ərəbistanı və ABŞ xarici işlər nazirləri ilə görüşəcəyini açıqlayıb.
Bajvanın isə hərbi səlahiyyətlilərlə görüşəcəyini deyən İmran Xan bildirib ki, Qureyş və Bajva həmkarları ilə görüşəcək. "Pakistan sülhün tərəfdarıdır və bunun üçün üstünə düşən bütün vəzifələrə əməl edəcək. Lakin əsla müharibənin bir hissə olmayacaq".
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB