Ukrayna qəza ilə bağlı versiyaları açıqlayıb

Ukrayna qəza ilə bağlı versiyaları açıqlayıb

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilovun mətbuata açıqlama verib. SİA-nın Türk mətbuatına istinadən xəbər verir ki, Aleksey Danilov İrana qəzaya uğramış Ukrayna Hava Yollarına aid Boeing 737 tipli sərnişin təyyarəsi ilə bağlı versiyaları açıqlayıb.

Təyyarənin düşməsi ilə əlaqəli faktlardan bəhs edən Danilov təyyarənin havada zenit qurğusu ilə vurulması və ya pilotsuz təyyarə ilə toqquşması kimi versiyaların olduğunu söyləyib.

Qeyd edək ki, Ukraynaya məxsus "Boeing 737" tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 176 nəfərdən sağ qalan olmayıb.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə