Birləşmiş Ştatlar İranla ciddi deeskalasiya danışıqlarına hazırdır və bunun üçün heç bir ilkin şərt qoymur. SİA "Reuters" ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Kelli Kraftın BMT Təhlükəsizlik Şurasına göndərdiyi məktubda deyilir.
Sənəddə deyildiyi kimi, sülh danışıqlarının məqsədi "beynəlxalq sülhə və təhlükəsizliyə daha bir təhdidin və İran rejiminin eskalasiyasının qarşısını almaqdır".
Həmin sənəddə Kraft amerikalıların İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Kassem Süleymanini niyə kənarlaşdırdığını izah edir. Onun sözlərinə görə, bu özünümüdafiə, eyni zamanda İran və müttəfiqlərinin bir sıra hücumlarına cavab idi.
Xatırladaq ki, ABŞ prezidenti Donald Trump xalqa müraciətində İrana qarşı yeni, "güclü" sanksiyalar elan etsə də, İranın raket hücumuna hərbi reaksiya verilməsini istisna edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB