İrandan nüvə sazişi şərti

Tehran Vaşinqton razılığa gələcəyi təqdirdə Birgə Hərtərəfli Fəaliyyət Planı ilə bağlı tənzimləmələrin aspektlərini müzakirə etməyə hazırdır. SİA lenta.ru saytına istinadən xəbər verir ki, bunu İranın BMT-dəki daimi nümayəndəsi Məcid Təht-Rəvançi TASS-a müsahibəsində söyləyib.

Xatırladaq ki, yanvarın 5-də İran Birgə Hərtərəfli Fəaliyyət Planına dair nüvə proqramına aid sazişdən qəti şəkildə imtina etdiyini elan edib və bu sahədə gələcək fəaliyyətlərdə heç bir məhdudiyyət olmayacağını bildirib. Təht-Rəvançi daha sonra Tehranın nüvə silahına sahib olmaq istəmədiyini də bəyan edib.
Qeyd edək ki, Tehranın nüvə proqramı ilə bağlı sazişi 2015-ci ildə İran, ABŞ, Rusiya, Çin, İngiltərə, Fransa və Almaniya tərəfindən imzalanıb. Bundan sonra İran tərəfi sanksiyaların qaldırılması qarşılığında nüvə proqramını daha da inkişaf etdirməkdən imtina edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə