Qasım Süleymaninin öldürülməsindən sonra İran qisas olaraq İraqdakı ABŞ bazalarını vurub. SİA-nın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, dünən mətbuata açıqlamasında Tramp İrana əməkdaşlıq təklif edib.
Trampın açıqlamasından sonra Birləşmiş Millətlər Təşkilatının Daimi Nümayəndəsi Kelli Kraft İranla münasibətlərdəki gərginliklə əlaqədar BMT-yə məktub yazıb. Məktubda ABŞ-ın İranla danışıqlarda ilkin şərt olmadan iştirak etməyə hazır olduğunu bildirib.
İranın BMT nümayəndəsi Məcid Taxt Ravançıdan təklifə reaksiya gecikməyib. Ravançı "Trampın əməkdaşlıq təklifi ABŞ-ın hələ də İrana qarşı sanksiyalarının davam etdirildiyi bir zamanda inandırıcı deyil. Sülhün yenidən qurulması üçün regional əməkdaşlıq lazımdır", - deyə bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB