ABŞ İranla bağlı BMT-yə üz tutub

ABŞ İranla bağlı BMT-yə üz tutub

ABŞ-ın Daimi Nümayəndəsi Kelly Kraft BMT Təhlükəsizlik Şurasına Vaşinqtonun bölgədəki gərginliyi azaltmaq üçün ön şərt olmadan İranla danışıqlara hazır olduğunu söyləyib. SİA RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
BMT-yə ünvanladığı məktubda, Kraft, ABŞ-ın "beynəlxalq sülh və sabitliyə və ya İran rejimindən kənarlaşmasına qarşı bir təhdidin qarşısını almağa" çalışdığını ifadə edib. Eyni zamanda, o, dövlətə özünümüdafiə hüququ verən BMT Nizamnaməsinin 51-ci maddəsinə istinad edərək iranlı general Kassem Süleymaninin qətlinə bəraət qazandırıb.
Xatırladaq ki, ötən həftə ABŞ hərbçiləri Bağdadın bir hava limanına raket zərbəsi endirərək iranlı general Kassem Süleymanini öldürüblər. İran ölkənin Vaşinqtondan qisas almaq üçün 13 ssenarisinin olduğunu söyləyib. Donald Trump isə qeyd edib ki, amerikalılara hücum olarsa, ordu İrandakı 52 hədəfə "sürətli və güclü zərbə" endirəcək. Çərşənbə axşamı İslam İnqilabı Keşikçiləri Korpusu, Süleymaninin öldürülməsinə görə qisas əməliyyatına başlanıldığı da açıqlanıb. Tehran İraqın qərbindəki Eyn əl-Əsəd bazasına və ABŞ ordusunun yerləşdiyi Ərbildəki bazaya raket zərbəsi endirib.
Bundan əvvəl Sputnik radiosu, Trumpın Tehranla bağlı çıxışında BMT-nin müsbət məqamlar tapdığını bildirmişdi.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə