Konqres səsvermə keçirəcək

Bu gün ABŞ Konqresinin Nümayəndələr Palatasında prezident Donald Trampın İrana qarşı hərbi əməliyyatlar məsələsində səlahiyyətlərini məhdudlaşdıran qətnamə ilə bağlı səsvermə keçiriləcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Nümayəndələr Palatasının spikeri Nensi Pelosi açıqlama verib. Onun sözlərinə görə, Trampın yüksək rütbəli İran rəsmilərinə qarşı raket zərbəsi endirməsi ABŞ hərbiçiləri və diplomatları üçün təhlükə yaradıb.

"Prezident açıq şəkildə bəyan etdi ki, Amerika xalqının təhlükəsizliyini təmin etmək, İranla eskalasiyaya nail olmaq və bölgədə sabitliyi təmin etmək üçün strategiyası yoxdur"-deyə, Pelosi bildirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə