İranda avtobus aşıb 20 ölü, 23 yaralı

İranda avtobus aşıb 20 ölü, 23 yaralı

Tehran-Kunbed avtobusu Mazandaranın Duab əyalətində qəzaya uğrayaraq aşıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə İran dövlət televiziyası xəbər yayıb. Qəza zamanı təxminən 20 nəfər ölüb, 23 nəfər isə yaralanıb. Yaralılar xəstəxanalara aparılıb.

İranda il ərzində 20 min insanın öldüyü qəzalarda əsas səbəb sürət, yorğunluq və ötmə əməliyyatını düzgün etməmək göstərilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə