"Ukrayna Beynəlxalq Hava Yolları"na məxsus "Boeing 737-800" təyyarəsinin Tehran yaxınlığında qəzaya uğramasının səbəblərini İran tərəfi araşdıracaq. SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Ukrayna Daxili İşlər Nazirliyinin Komunikasiya departamentinin direktoru Artem Şevçenko deyib. Onun sözlərinə görə, başqa ölkələrdəki texniki araşdırma Hava Qəzaları Araşdırma Milli Bürosuna həvalə olunub. "Büro, lazım olarsa digər dövlət və hüquq-mühafizə orqanlarını da araşdırmaya cəlb edə bilər", - DİN-dən bildirilib.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (NSDC) katibi Aleksey Danilov bildirib ki, bir qrup mütəxəssisi Ukrayna Müdafiə Nazirliyinin təyyarəsi ilə İrana yola düşüb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB