Qazaxıstanda neft tullantılarının toplandığı anbarda yanğın baş verib

Qazaxıstanda neft tullantılarının toplandığı anbarda yanğın baş verib

Qazaxıstanın Aktobe vilayəti Muğaljar rayonunun Janajol qəsəbəsində neft tullantılarının toplandığı anbarda yanğın baş verib.

SİA xəbər verir ki, yanğının söndürülməsinə zəruri texnika və mütəxəssislər göndərilib. Əlavə olaraq, Fövqəladə Hallar Nazirliyinin qüvvələri və vasitələri ayrılıb.

Yanğının başvermə səbəbi hələlik məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə