İranın Müdafiə naziri Əmir Hatəmi Amerikalıların hərəkətlərindən asılı olaraq ABŞ-a qarşı əlavə tədbirlərin görüləcəyini istisna etməyib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, İranın müdafiə nazirinin bu fikri hərbi idarənin saytında dərc edilən açıqlamada öz əksini tapıb.
Xatırladaq ki, çərşənbə axşamı İran İnqilab Keşikçiləri Korpusu, general Kassem Süleymaninin öldürülməsinə görə qisas əməliyyatının başladığını elan edib. İrandan qərbdəki Eyn əl-Əsəd bazası və ABŞ hərbi kontingentinin yerləşdiyi Ərbildəki baza qurudan raketlərlə vurulub. İran Press TV 80 nəfərin öldüyünü iddia edir. Hücumdan sonra ABŞ Prezidenti Donald Trump isə "hər şey qaydasındadır", deyə bildirib.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB