İran iki dəfə silkələndi

İranın “Buşəhr” atom elektrik stansiyasında iki zəlzələ baş verib. SİA ABŞ-ın Geoloji Tədqiqatlar Xidmətinin informasiyasına əsasən RİA Novostinin yaydığı məlumatlara istinadən xəbər verir ki, zəlzələlər 4.9 və 4.5 bal gücündə qeydə alınıb.
RİA Novostinin məlumatına görə, 4.9 bal gücündə zəlzələ Moskva vaxtı ilə 5.20 radələrində baş verib. Zəlzələnin episentri Borazcan şəhərindən on kilometr cənub-şərqdə olub. Ardınca 4.5 bal gücündə qeydə alınan ikinci zəlzələ isə Moskva vaxtı ilə 6.19 radələrində baş verib. Zəlzələnin episentri Borazcan şəhərindən 17 kilometr cənub-şərqdə yerləşir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə