Myanmanın şimal-şərqində, Tayland və Laosla sərhədin yaxınlığında bu gün iki güclü zəlzələ baş verib. Onların maqnitudası Rixter şkalası ilə 7 bal olub. Zəlzələ nəticəsində azı 25 nəfər ölüb. Zəlzələnin episentrinə yaxın olan yaşayış məntəqələrinin hakimiyyət orqanları ölənlərin sayının arta biləcəyini deyiblər. Tarley şəhərində 25 bina və 5 monastır dağılıb. Şəhərə gedən yol ciddi şəkildə zərər görüb və hazırda bağlıdır.
Taylandda 6,9 bal gücündə yeraltı təkanlar hiss olunub. Zəlzələlərin episentri Taylandın Çianqray şəhərindən 110 km şimaldadır. İlk zəlzələ 10 km, ikincisi isə 228 km dərinlikdə olub. Çianqray şəhərində ölən və yaralananlar var. Yeraltı təkanlar Tailandın paytaxtı Banqkok şəhərində və Çinin bəzi bölgələrində də hiss olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB