Ruhani ABŞ-ı "ayaqlarını kəsmək"lə hədələdi

Ruhani ABŞ-ı "ayaqlarını kəsmək"lə hədələdi

Kassem Süleymaninin Bağdaddakı xüsusi əməliyyat zamanı öldürülməsinə cavab olaraq İran prezidenti Həsən Ruhani, ABŞ-ın bölgədəki "ayaqlarını kəsəcəyini" vəd edib. SİA İnterfaksa istinadən xəbər verir ki, bu barədə İran lideri İran mediasına verdiyi müsahibədə bildirib.

"General Süleymaninin timsalında əl kəsdiniz. Biz isə sizin bölgədə ayaqlarınızı kəsəcəyik”, deyə İran prezidenti bəyan edib.

Xatırladaq ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu bölməsinin rəhbəri, yanvar ayının əvvəlində Bağdad Hava limanı yaxınlığında ABŞ hərbçilərinin hücumu nəticəsində öldürülüb. Buna cavab olaraq, çərşənbə axşamı İran İslam İnqilabı Keşikçiləri Korpusu, ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın yerləşdiyi İraqdakı iki bazaya raket zərbəsi endirib. Zərərçəkənlər barədə rəsmi məlumat verilməyib.

Bundan əvvəl İranda, ABŞ-ın bazasına edilən hücumu Süleymaninin öldürülməsinə görə qisas adlandırılır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə