Rus senator Aleksey Puşkov İranın İraqdakı ABŞ bazalarına olan hücumlarına ABŞ-ın cavab verəcəyi təqdirdə gələcəkdə böyük bir müharibənin qaçılmaz olduğunu söyləyib. SİA REN TV-yə istinadən xəbər verir ki, senator bu barədə "Twitter" də yazıb. O, bütün bunları dayandırmağın daha məqsədəuyğun olduğunu ifadə edib.
Xatırladaq ki, 8 yanvar Çərşənbə axşamı İran İslam İnqilabı Keşikçiləri Korpusu, general Kassem Süleymaninin öldürülməsindən sonra qisas əməliyyatının başlandığını elan edib. İraqın qərbindəki Eyn Əsəd bazaya və ABŞ hərbi kontingentinin yerləşdiyi Ərbildəki bazaya raketlər atılıb. Yerli KİV-in məlumatına görə, nəticədə 80 nəfər ölüb.
Bundan əvvəl REN TV yazmışdı ki, Puşkov ABŞ-ın İraqdan qoşunları çıxarmamaq qərarını ölkənin “ikinci işğalı” adlandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB