İranda sərnişin təyyarəsinin raketlə vurulduğu iddiası rədd edilib

İranda sərnişin təyyarəsinin raketlə vurulduğu iddiası rədd edilib

İranın Nəqliyyat və Şəhərsalma naziri Qasım Biniyazın ölkənin rəsmi xəbər agentliyində yer alan açıqlamasında Ukrayna Hava Yollarına aid "Boeing 737" tipli sərnişin təyyarəsinin mühərrikdəki yanğın səbəbiylə qəzaya uğradığını söyləyib.

Qeyd edək ki, təyyarənin raket hücumu nəticəsində qəzaya uğraması iddialarını rədd edən Biniyaz bildirib ki, təyyarə raketlə vurulsaydı havada partlayardı. "Təyyarənin mühərrikinin alışması və pilotun nəzarəti itirməsi səbəbindən bu qəza yaşandı", deyə nazir bildirib.

İran Təcili Yardım Təşkilatının rəisi Pir Hüseyn Kulivend təyyarədə olan 167 sərnişinin əksəriyyətinin İran vətəndaşları, həmçinin ölənlər arasında digər ölkə vətəndaşlarının oldugunu və təyyarənin qara qutusnun təhlukəsizlik qüvvələrinə təhvil verildiyini söyləyib.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə