Ukraynaya məxsus təyyarənin Tehranda qəzaya uğraması Yaxın Şərqdə ən dəhşətli xəbərdir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski verdiyi açıqlamada deyib. İranda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 176 nəfər ölüb. İlkin məlumata görə, Zelenski bütün sərnişinlərin və ekipajın öldüyünü söyləyib.
Qeyd edək ki, səhər saatlarında Ukraynanın paytaxtı Kiyevə getmək üçün Tehranın İmam Xomeyni hava limanından yola düşən Boeing 737 tipli sərnişin təyyarəsi yerə çırpılaraq qəzaya uğrayıb. Təyyarədə olan 176 nəfərin heç birinin sağ qalmadığı bildirilib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB