ABŞ qərargahlarının vurulma anı yayımlanıb VİDEO

ABŞ qərargahlarının vurulma anı yayımlanıb  VİDEO

İranın İslam İnqilabının Keşikçilər Ordusu İraqda yerləşən ABŞ qərargahlarının hədəfə alınma anlarının görüntülərini yayımlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Sepah ötən gecə İraqda ABŞ qüvvələrinin olduğu "Eynul-Əsəd" və "ət-Taci" hərbi qərargahlarına edilən ballistik hücumun bəzi görüntülərini yayımlayıb.

Qeyd edək ki, Sepah bu cavab hücumunda "Fateh 313", "Qaim" və "Zülfüqar" ballistik raketlərindən istifadə etdiyini bildirib. Sepah bu əməliyyatın adını "Şəhid Süleymani" adlandırıb və ABŞ-ın cavab verəcəyi təqdirdə yeni hücum dalğasının olacağını bildirib. İran KİV-ləri qeyri rəsmi mənbələrə istinadla bu hücumda 30 ABŞ əsgərinin öldüyünü bildirirlər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə