"Fukusima Daichi" AES-nın ətraf ərazilərində radioaktiv fon normadan dəfələrlə yüksək olaraq qalır. SİA-nın xəbərinə görə, "Beynəlxalq Atom Enerjisi Agentliyi"nin yaydığı məlumatda adı çəkilən stansiyada vəziyyətin çox ciddi olduğu, lakin ötən sutka ərzində əhəmiyyətli pisləşmənin müşahidə olunmadığı qeyd edilir. Azı, 42440 nəfər arasında aparılmış müayinə zamanı 67 nəfərin radioaktiv şüalanmaya məruz qaldığı müəyyən edilib.
Həmçinin, Dünya Səhiyyə Təşkilatının yaydığı məlumata görə, stansiyadan 30 km radiusundan kənarda yaşayan insanlar üçün stansiyanın radioaktiv sızma həyati təhlükə kəsb etmir.
Bir sıra xarici ölkələr öz vətəndaşlarının Yaponiyadan təxliyyəsinə başlayıb. Mövcud vəziyyətlə əlaqədar müvafiq tədbirlərin görülməsi davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB