İran və İraq üzərindən uçuşlara qadağa

İran və İraq üzərindən uçuşlara qadağa

ABŞ-ın aviaşirkətlərinə İran, İraq əraziləri, Fars və Oman körfəzləri üzərindən uçuşlar həyata keçirmək qadağan edilib. SİA xəbər verir ki, bu barədə ABŞ-ın Mülki Aviasiya Federal İdarəsinin (FAA) Twitter səhifəsində məlumat yayılıb.

Məlumatda xüsusilə bildirilir ki, bütün heyətlərə uçuşların məhdudiyyəti haqqında xəbərdarlıq edilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə