Almaniya öz qoşunlarının bir hissəsini İraqdan çıxarır

Almaniya öz qoşunlarının bir hissəsini İraqdan çıxarır

Almaniya, İraqda yerləşdirdiyi alman əsgərlərinin bir qismini İraqdan çıxaracağını açıqlayıb. SİA-nın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Almaniyanın Müdafiə naziri Annegret Kramp-Karrenbauer və Xarici İşlər Naziri Heiko Maas Bundestaqdakı müvafiq komissiya üzvlərinə məktubunda İraqdakı bəzi qoşunlarının çıxarılacağını yazıb.
Xüsusilə, Bağdad və Tacidə qoşunların sayı azaldılaacağı və burada xidmət edən əsgərlərin İordaniya və Küveytə köçürüləcəyi bildirilib.
Məktubda bu qüvvələrin təhsili bərpa edildikdən sonra ordunun İraqa qayıdacağı vurğulanıb.
Məktubda Alman əsgərlərinin təlim fəaliyyətlərinin davam etdirilməsi ilə bağlı İraq hökuməti ilə aparılan danışıqlar davam edərkən, İraq hökuməti tələb etdiyi halda ordunun Almaniyadan İraqa geri dönərək vəzifəni prinsipcə davam etdirməyə hazır olduğu bildirilib.

Spiegel jurnalına görə, Bağdadın şimalındakı 32 Alman əsgərinin gecə İordaniyaya aparıldığı iddia edilib.

Digər tərəfdən, xarici işlər naziri Maas, Almaniyanın ZDF telekanalına verdiyi açıqlamada beynəlxalq qüvvələrin İraqdan çıxacağı təqdirdə İŞİD terror təşkilatına qarşı mübarizənin sona çatacağını və təşkilatın, ehtimal ki, yenidən güclənəcəyini söyləyib.

Maas terror təşkilatının güclənməsinin İraqda sabitliyin pozulmasına səbəb olacağını vurğulayaraq, anti-İŞİD koalisiyasının necə hərəkət etməsi gərəkdiyinə qərar vermək üçün tez bir zamanda birləşmək lazım olduğunu deyib.

Almaniya anti-İŞİD koalisiyası çərçivəsində Peşmərqə qüvvələrinə və İraqdakı İraq qoşunlarına təlim keçir. İraqda 130-a yaxın alman əsgəri var.


Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə