Rusiya Prezidenti Vladimir Putin, "Türk Axını" qaz boru kəmərinin istifadəyə verilməsi mərasimində iştirak etmək üçün yanvarın 8-də Türkiyəyə işgüzar səfər edəcəkdir. SİA xəbər verir ki, bu barədə yanvarın 7-də Kremlin saytında məlumat yayımlanıb.
Məlumatda qeyd olunur ki, Rusiya lideri Türkiyə prezidenti Rəcəb Ərdoğanla ölkələr arasında ikitərəfli əlaqələrin inkişafı ilə bağlı danışıqlar aparacaq və vəziyyəti müzakirə edəcək.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB