Onları dəniz quldurları qaçırıb

Onları dəniz quldurları qaçırıb

Rusiyanın Nigeriyadakı səfirliyi dəniz quldurlarının rusları qaçırması ilə bağlı məlumatları təsdiqləyib. SİA RİA Novostinin məlumatına istinadən xəbər verir ki, Rusiyanın Nigeriyadakı səfirliyi Ambika neft komandasının üç üzvünün dəniz quldurları tərəfindən qaçırılması barədə məlumatı təsdiq edib.
Məlumatda bildirilir ki, iki rus və bir hindu qaçırılıb. Həmçinin bildirilir ki, səfirlik onları azad etmək üçün tədbirlər görür.
İlkin məlumatlara görə qaçırılanların vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilir.
Xatırladaq ki, daha əvvəl xəbər verildiyi kimi, quldurlar yanvarın 2-də gəmiyə hücum ediblər. Eyni zamanda, ekipaj qaçırıldıqdan sonra Nigeriya dəniz qüvvələrinin xilasetmə qrupunun dörd döyüşçüsünü də güllələyiblər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə