Avstraliyadakı yanğında son durum: alov daha da şiddətlənir

Avstraliyadakı yanğında son durum: alov daha da şiddətlənir

Avstraliyada sentyabr ayından başlayan yanğınlar hələ də davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ölkənin 6 ştatında yanğınlar səngimək bilmir. Yanğınlar nəticəsində 2029 yaşayış evi yararsız hala düşüb. 25 insan həlak olub. Ölənlərdən 3-ü könüllü yanğınsöndürən olub.
Maddi zərərin dəyəri 700 milyon Avstraliya dollarıdır. Bu da təxminən 450 milyon ABŞ dollarına bərabərdir. Son məlumatlara görə 7.3 milyon hektar sahə tamamilə yanıb. Başqa sözlə desək Gürcüstan və ya Çexiyanın ərazisinə bərabər sahə məhv olub.
Yanğınların qarşısının nə zaman alınacağı məlum deyil. Hava proqnozuna əsasən növbəti günlərdə yanğınların daha da şiddətlənəcəyi gözlənilir.
Qeyd edək ki, yanğında ən çox Yeni Cənubi Uels əyaləti zərər görüb.

Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə