Liviya hərbi hava qüvvələri və havadan müdafiə qoşunları müstəqil döyüş qüvvəsi kimi daha mövcud deyil. SİA-nın xəbərinə görə, bunu Böyük Britaniyanın aviasiya vitse-marşalı Qreq Baquell (Greg Bagwell) bilidirib. Onun sözlərinə görə, artıq koalisiya təyyarələri praktiki olaraq maneəsiz Liviya səmasında uça bilər.
Qeyd edək ki, ABŞ, Britaniya, Fransa, İtaliya, Kanada və s. ölkələrdən ibarət koalisiyanın qüvvələri Qəddafinin Benqazi şəhəri yaxınığında toplaşmış zirehli texnikasına zərbələr endirib. Koalisiya qüvvələri Liviyanın HHM obyektlərinə artıq 124 qanadlı raket buraxıb. Böyük Britaniya Hərbi-Dəniz Qüvvələrinin sualtı qayığı da Liviyaya zərbələr endirir. Liviyaya qarşı əməliyyatlarda 3 "B-52" bombardmançı, 56 qırıcı-bombardmançı təyyarələrdən istifadə olunur. Hava zərbələri F-16, F-18, "Rafale", "Tayfun", "Tornado", "Mirage 2000" təyyarələri ilə endirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB