Qarşıdurmalarda 5 min nəfər Çada sığınıb 54 nəfər ölüb, 60 nəfər yaralanıb
Sudanın Darfur bölgəsindəki qarşıdurmalar nəticəsində 5 min nəfər Çada sığınıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Koordinasiya İdarəsinin (OCHA) Xartumdakı hesabatında qeyd olunub. Məruzədə BMT-nin tərəfdaşları münaqişədə ziyan çəkənlər üçün 7 sağlamlıq mərkəzi quracağını, təcili çatdırmaq üçün qeyri-ərzaq ehtiyatlarının olduğunu qeyd ediblər.
Qarşıdurmaları dayandırmaq üçün bölgədəki yerli liderlər arasında razılıq əldə edildikdən sonra şəhər sakitləşib.
Yerli mediada yayılan məlumatlara görə, Mesalit ilə ərəb qəbilələri arasında qarşıdurma keçən həftə Darfurun qərbindəki Cineyne şəhərindəki Krending düşərgəsi yaxınlığında bir gənc ərəb qəbiləsinin öldürüldüyü zaman başlayıb. Toqquşma zamanı 54 nəfər ölüb, 60 nəfər yaralanıb. Minlərlə insanın qonşu şəhərlərə və Çada sığındığı bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB