ABŞ prezidenti Donald Tramp Administrasiyası İran İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələri üzrə Komandiri general Qasim Süleymaninin öldürülməsindən sonra İran və İraqdakı hadisələr barədə ABŞ Senatına məlumat verəcək. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Senatın çərşənbə günü keçiriləcək iclasında ABŞ dövlət katibi Mayk Pompeo, Müdafiə naziri Mark Esper, Baş Qərargah rəisi Mark Milley və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Gina Haspel iştirak edəcək.
Sessiya əsnasında rəsmi şəxslər hava hücumları nəticəsində ABŞ qüvvələri tərəfindən öldürülən Suleymaninin ardından İran və İraqdakı son inkişaf barəsində məlumat verdiklərini söyləyib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB