Mark Esper ABŞ-ın İraqdan qoşun çıxarmaq niyyətində olmadığını açıqlayıb

Mark Esper ABŞ-ın İraqdan qoşun çıxarmaq niyyətində olmadığını açıqlayıb

Pentaqon rəhbəri Mark Esper ABŞ-ın İraqdan qoşun çıxarmaq niyyətində olmadığını açıqlayıb.

SİA “kp.ru” saytına istinadən xəbər verir ki, Esper bildirib ki, rəsmi Vaşinqton İraqı tərk etmək barədə qərar qəbul etməyib.

Qeyd edək ki, bir neçə gün əvvəl mediada ABŞ-ın Piyada Dəniz Korpusunun briqada generalı, İraqda anti-İŞİD koalisiyasının komandanı Uilliam Silinin açıqlaması əks olunmuş məktubu dərc edilib. Məktubda ABŞ qoşunlarının İraqdan çəkilməsinə dair məlumatlar yer alırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə