İstanbul akvatoriyasında dəniz reysləri ləğv edilib

İstanbul akvatoriyasında dəniz reysləri ləğv edilib

Marmara dənizində, İstanbul akvatoriyasında dəniz reysləri ləğv edilib.

SİA Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu qərar həmin ərazidə əlverişsiz hava şəraiti ilə əlaqədar qəbul olunub.

Bu reyslərin digər vaxta keçirilib-keçirilməməsi barədə məlumat verilməyib.

Xatırladaq ki, sonuncu dəfə Türkiyədə dəniz reysləri keçən il dekabrın 30-da təxirə salınmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə