Peruda sərnişin avtobusunun qəza törətməsi nəticəsində 14 nəfər ölüb

Peruda sərnişin avtobusunun qəza törətməsi nəticəsində 14 nəfər ölüb

Perunun cənubunda sərnişin avtobusunun qəza törətməsi nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

SİA "gazeta.ru" saytına istiandən xəbər verir ki, qəza nəticəsində 14 nəfər ölüb, 48 nəfər yaralanıb.

Sürücünün idarəetməni itirməsi nəticəsində avtobus magistral yolda üç minik maşınına çırpılıb.

Avtobusun Limadan Akrepa şəhərinə getdiyi bildirilir.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə