Latviya hərbi qulluqçuları İraqdakı xidmətlərini davam etdirəcəklər
NATO-nun İraqdakı təlim missiyasını dayandırmasına baxmayaraq, Latviya hərbi qulluqçuları bu ölkədə xidmətlərini davam etdirəcəklər.
SİA yerli "LETA" agentliyinə istinadən xəbər verir ki, Latviyanın altı əsgəri Danimarka kontingentinin heyətində çıxış edir. Onların İraqda qalması Danimarkanın qərarından asılıdır. Həmin hərbçilər NATO-nun təlim missiyasına daxil deyillər.
NATO-nun İraqdakı təlim missiyası bu dövlətin xahişi ilə İŞİD ilə mübarizə aparmaq məqsədilə İraq təhlükəsizlik qüvvələrinə təlim keçmək üçün fəaliyyət göstərir. Kanadanın rəhbərlik etdiyi missiya çərçivəsində ölkədə təxminən 500 NATO hərbi qulluqçusu var.
Yanvarın 5-də İraq parlamenti xarici ölkələrin hərbçilərinin ölkə ərazisindən çıxarılması barədə qərar qəbul edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB