Merkel, Makron və Conson ABŞ-ı ittiham edir

Merkel, Makron və Conson ABŞ-ı ittiham edir

Almaniyanın Baş naziri Angela Merkel, Fransa Prezidenti Emmanuel Makron və İngiltərə Baş naziri Boris Conson ortaq bir bəyanatda Yaxın Şərqdəki vəziyyətdən narahatlıqlarını ifadə ediblər. SİA Ren Tv-yə istinadən xəbər verir ki, Avropa liderləri İraq hakimiyyətinin koalisiyaya dəstək verməkdə davam etməsini Bağdada tövsiyyə ediblər.

Xatırladaq ki, bundan əvvəl İraq parlamenti xarici qoşunların dövlətdən qovulmasına qərar vermişdi. Merkel, Macron və Conson İranı da koalisiyaya dəstək verməyə çağırıb. Ayrıca, Avropa ölkələrinin liderləri İrana üz tutublar və Birgə Hərtərəfli Fəaliyyət Planına zidd olan tədbirlərdən çəkinməyə çağırıblar.

Bəyanatda koalisiyanın İraqa hücumları da qınanıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə