ABŞ səfirliyinin yaxınlığına yenidən raketlər atıldı

ABŞ səfirliyinin yaxınlığına yenidən raketlər atıldı

İraqın paytaxtı Bağdadda ABŞ səfirliyi yaxınlığına növbəti dəfə 2 ədəd raket atılıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, raketlərdən biri xeyli sayda diplomatik mərkəzin yerləşdiyi "Yaşıl zona"ya düşüb. Yaralılar var.

Xatırladaq ki, ötən gün də ABŞ-ın Bağdaddakı səfirliyinin yaxınlığına 2 ədəd raket atılmışdı.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə