Sosial-demokrat Milanoviç Xorvatiyada keçirilən prezident seçkilərində qalibidir

Sosial-demokrat Milanoviç Xorvatiyada keçirilən prezident seçkilərində qalibidir

Sosial-Demokrat partiyasının namizədi Zoran Milanoviç Xorvatiyada keçirilən prezident seçkilərində qalib gəlib.

SİA Xorvatiya Dövlət Seçki Komissiyasının məlumatına əsasən xəbər verir ki, Sosial-Demokrat müxalifət partiyasının namizədi Zoran Milanoviç seçicilərin 52,92 faiz səsini qazanaraq Xorvatiyada keçirilən prezident seçkilərinin ikinci turunda qalib gəlib. Hazırki ölkə prezidenti Kolinda Qrabar-Kitaroviç seçicilərin yalnız 47,08 faiz səsini qazana bilib. Seçkidə 3,85 milyon seçici iştirak edib. Bunlardan 177 mini xaricdə yaşayan xorvatlardır.

Bütün xəbərlər Facebook səhifəmizdə