Keniyada hərbi bazaya hücum zamanı 3 ABŞ hərbçisi öldürülüb

Keniyada hərbi bazaya hücum zamanı 3 ABŞ hərbçisi öldürülüb

ABŞ-ın hərbi qulluqçusu və Pentaqonun iki muzdlu əsgəri Keniyada “Əl-Şabab” qruplaşmasının (“Əl-Qaidə”nin bir hissəsi) silahlılarının hücumu nəticəsində ölüb.

SİA "russian.rt.com" saytına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Afrika komandanlığının mətbuat xidməti bildirib.

Məlumata görə, hücum Menda-Bey hava limanı ərazisindəki Keniya silahlı qüvvələrinin hərbi bazasında törədilib. Eyni zamanda daha iki ABŞ əsgəri yaralanıb.

Kiçik atıcı silahlarla silahlanmış terrorçular bazaya daxil olmağı və aerodromda olan 6 mülki təyyarəni zədələməyi bacarıblar. Hücum Keniya hərbçiləri ilə birlikdə dəf edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə