Bağdaddakı ABŞ səfirliyinin yaxınlığına bir neçə “Katyuşa” tipli raket düşüb

Bağdaddakı ABŞ səfirliyinin yaxınlığına bir neçə “Katyuşa” tipli raket düşüb

Bağdadın mərkəzindəki “Yaşıl zona” minaatan atəşinə məruz qalıb.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Kanalın məlumatına görə, hücumların məqsədi ABŞ səfirliyi olub – diplomatik missiya kompleksinin yaxınlığına bir neçə “Katyuşa” tipli raket düşüb.

İraq mənbələri atəş nəticəsində azı bir ailənin yaralandığını bildirib. Ölənlərin olduğu istisna edilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə